RU

"Makler evləri"ni alanları hansı risklər gözləyir?VİDEO

Son illər daşınmaz əmlak bazarındakı bahalaşma, nisəbətən ucuz təklif edilən “Makler evləri”nə marağı artırıb.

Xezerxeber.az-ın məlumatına görə, “Makler evləri”nin ucuzluğu alıcıları cəlb etsə də, bu tikililərdə ciddi problemlər var. Bunu tikinti sahəsi üzrə ekspertlər deyirlər.  Ekspert Elnur Azadov bildirir ki, çıxarışı olmayan ərazilərdə tikikən bu evlər tikinti normaları nəzərə alınmadan, necə gəldi inşa edilir. Nəticədə bir neçə ildən sonra divarlarda çatlar yaranır, təmir qüsurları ortaya çıxır və əlavə xərclər qaçılmaz olur.

Ekspert deyir ki, son sel hadisələrində ən çox zərər görən də məhz bu tip tikililərdir. Ucuz və kefiyətsiz materiallarla inşa edilən evlərin bir-birinə çox yaxın tikilməsi həyətlərdə toplanan suların axıdılmasını da çətinləşdirir və fövqəladə hallarda müdaxiləni məhdudlaşdırır.

Elnur Azadov deyir ki, belə evlərin cəlbedici olması, eyni ərazidə qaydalara uyğun tikililərdən dəfələrlə ucuz qiymətə təklif edilməsinə görədir.

Mütəxəssislər bildirirlər ki, ucuz qiymətə görə belə evlərə üstünlük vermək sonradan daha böyük maliyyə itkisinə səbəb ola bilər. Gələcəkdə belə tiklilər hansısa səbəbdən sökülərsə, qanunla burda ev sahibinə kompensasiyanın verilməsi də nəzərdə tutulmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
16
7
xezerxeber.az

8Источники