RU

Azərbaycanda şəxsi məlumatların qorunması qanunları sərtləşir

Azərbaycanda fərdi məlumatların və məxfiliyin mühafizəsi sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə yeni tədbirlər paketi hazırlanır.Report  xəbər verir ki, internet xidməti təminatçılarına şamil ediləcək məlumat təhlükəsizliyi sahəsində qanuni tələblərin möhkəmləndirilməsi nəzərdə tutulur.
Bu istiqamətdə vasitəçi şirkətlərin öhdəlikləri, məlumatların toplanması prosesinə tətbiq olunan məhdudiyyətlər, kompensasiya mexanizmləri, həmçinin digər hüquqi tələblər üzrə müvafiq normativ aktların işlənib hazırlanması planlaşdırılır.
Bununla yanaşı, məlumatların məxfiliyinin pozulması zamanı baş verən insidentlərin internet provayderləri tərəfindən aidiyyəti səlahiyyətli qurumlara məlumat verilməsi mexanizminin daha da dəqiqləşdirilməsi gözlənilir. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmiş layihələrin hazırlanması da nəzərdə tutulub. Qeyd olunan tədbirlərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Elektron Təhlükəsizlik Xidməti tərəfindən 2026-cı ilin dekabr ayınadək icra olunması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
27
20
olaylar.az

10Источники