RU

Prokuror Şahin Şıxlinski və oğluna 9 il həbs cəzası istəyib

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Yekaterinburqun Kirovski rayon məhkəməsində Azərbaycan diasporunun keçmiş sədri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinskinin hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, prosesdə prokuror Şahin Şıxlinskiyə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il, oğlu Mutvalı Şıxlinskiyə cəzasını ümumi rejimli koloniyada çəkməklə 9 il azadlıqdan məhrum etmə cəzası istəyib.

Qeyd edək ki, Şahin Şıxlinski martın 5-də qəsdən adam öldürmək, sifarişli qətlə cəhd maddələri ilə 22 il müddətinə azadlıqdan məhrum olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
18
bakivaxti.az

10Источники