RU

Ağac hərəkətdə olan avtomobilin üstünə aşdı – Xəsarət alanlar var

Lənkəranda ağac hərəkətdə olan avtomobilin üstünə aşıb.

NOCOMMENT.az Cənub Bürosunun verdiyi xəbərə görə, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Parakənd kəndi ərazisində baş verib.

Astara rayonunun Təngərüd kənd sakini 1967-ci il təvəllüdlü Dəmir Sərvaz oğlu Müzəffərovun idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsi ilə Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən, Parakənd kəndi ərazisində yol kənarında çürümüş ağac aşaraq nəqliyyat vasitəsinin üstünə aşıb. Nəticədə avtomobildə sərnişin qismində olan sürücünün qızı 1988-ci il təvəllüdlü Nüşabə Dəmir qızı Müzəffərova və qızın qaynanası 1960-ci il təvəllüdlü Təzəgül Sabir qızı Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri müvafiq şöbədə davam etdirilir.

Kənd sakinlərinin sözlərinə görə sözügedən yolda bir neçə belə ağaclar var və onların da aşma təhlükəsi hər an qalmaqdadır. Dəfələrlə aidiyyəti orqanlara müraciət olunsa də nəticəsi olmayıb.

Qeyd edək ki, nəqliyyat vasitəsinin üstünə aşan çürümüş ağac, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə mane olub. Kənd sakinlərinin köməyi ilə ağac yoldan götürülüb və hərəkət tam bərpa olunub.

Onu da bildirək ki, qəzada xəsarət alan qaynana Lənkəran rayon mərkəzi xəstəxanasında həkim qəbuluna yazılmışdır. Onlar həkim qəbulana gələrkən hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
33
13
nocomment.az

10Источники