RU

Naxçıvanda 98 qida zəhərlənməsi halı qeydə alınıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Naxçıvan, 9 aprel, AZƏRTAC

Naxçıvanda cari ilin ilk rübündə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan ciddi nöqsanlara görə bir qida obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb. Sözügedən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra obyektin fəaliyyəti yenidən bərpa edilib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, restoran və kafelərdə aparılan yoxlamalar üzrə 17 ictimai iaşə müəssisəsində yol verilən pozuntular əsasən sanitar-gigiyenik norma və qaydalara əməl olunmaması ilə bağlı olub.

Qida zəhərlənməsi ilə bağlı daxil olmuş 98 müraciətə əsasən araşdırma aparılıb və qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib. Zəhərlənmələrin çox hissəsi məişət şəraitində (təxminən 80 faizi əsasən ev şəraitində konservləşdirilmiş pomidor, xiyar turşusu, çiriş bitkisi və həmçinin istifadə qaydalarına düzgün əməl olunmayan digər məhsullar) hazırlanmış məhsullardan baş verib.

Müxbir- Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
azertag.az

1Источники