Qazaxıstanın Almatı şəhərində keçirilən “Study in Azerbaijan” təhsil sərgisində Azərbaycan universitetləri öz imkanlarını nümayiş etdirib. Tədbir çərçivəsində yerli və xarici abituriyentlər üçün geniş məlumatlandırma aparılıb.
QHT.az xəbər verir ki, Bakı Dövlət Universiteti sərgidə böyük heyətlə iştirak edərək öz təhsil və elmi potensialını təqdim edib. Universitetin stendində təhsil proqramları, elmi fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları ziyarətçilərin diqqətinə çatdırılıb.
Sərgi çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ixtisaslar, qəbul qaydaları, təqaüd proqramları, həmçinin tələbələr üçün yaradılmış müasir tədris və tədqiqat infrastrukturu barədə ətraflı məlumat verilib.
Xüsusilə əcnəbi tələbələr üçün nəzərdə tutulan beynəlxalq proqramlar və mübadilə imkanları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd olunub ki, BDU-nun bu cür sərgilərdə iştirakı yeni akademik əməkdaşlıqların qurulması və beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Zəhra Ağayeva