RU

ADPU öz heyəti ilə BSU-da

ADPU öz heyəti ilə BSU-da I Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə keçirilən konfransda iştirak edib

QHT.az xəbər verir ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənovanın da iştirak etdiyi konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikasının Bosniya və Hersoqovinadaki fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Namanqan Dövlət Universitetinin rektoru Abduqaffar Qırğızbayev, Millət vəkili, Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Ardahan Universitetinin rektoru Öztürk Emiroğlu və başqaları iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev 6-7 aprel tarixində Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisi, eləcə də Azərbaycan və Qazaxıstan ali təhsil müəssisələrinin II Rektorlar Forumu çərçivəsində keçirilən görüşlərdən bəhs edib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında Birinci Türkoloji Qurultayın türk xalqlarının birliyində mühüm rol oynadığını qeyd edib, bu qurultayı “birliyimizin elmi pasportu” adlandırıb. O bu ifadə ilə ortaq elmi və mədəni dəyərlərin önəmini vurğulayıb.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova çıxışı zamanı Türkoloji Qurultayın əhəmiyyətindən bəhs edərək bildirib ki, belə konfranslar sadəcə elmi müzakirə platforması deyil, həm də xalqın tarixi yaddaşı ilə birbaşa bağlı olan dəyərlərdir. Professor Mahirə Hüseynova qeyd edib ki, bu tədbirlər keçmişimizi yaşadır, tariximizə işıq tutur və dünənimizlə bu günümüz arasında körpü rolunu oynayır. Məhz buna görə də belə konfransların keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Zəhra Ağayeva

Избранный
18
qht.az

1Источники