RU

Lənkəranda ağac hərəkətdə olan maşının üzərinə aşdı - Xəsarət alanlar var

Lənkəran rayonunda çürümüş ağac hərəkətdə olan avtomobilin üstünə aşıb.
 
Moderator.az xəbər verir ki, hadisə səhər saatlarında köhnə Ələt–Astara magistralında, rayonun Parakənd kəndi ərazisində qeydə alınıb.
 
Belə ki, Astara rayonunun Təngərüd kənd sakini, 1967-ci il təvəllüdlü Dəmir Sərvaz oğlu Müzəffərovun idarə etdiyi "VAZ 2107" markalı maşın ilə Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən, Parakənd kəndi ərazisində yol kənarında çürümüş ağac aşaraq nəqliyyat vasitəsinin üstünə aşıb.
 
Hadisə nəticəsində avtomobildə sərnişin qismində olan sürücünün qızı 1988-ci il təvəllüdlü Nüşabə Dəmir qızı Müzəffərova və qızın qaynanası 1960-ci il təvəllüdlü Təzəgül Sabir qızı Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
 
Faktla bağlı araşdırma aparılır.
 
Избранный
27
13
moderator.az

10Источники