RU

Sarsılmaz BƏƏ: Raket zərbələri altında möhkəmlənən iqtisadiyyat

Raketlər müasir Körfəzi hərəkətdə saxlayan sistemləri vurdu. BƏƏ Xarici İşlər Nazirinin işgüzar dairələr və filantropiya üzrə xüsusi elçisi Bədr Cəfərin dediyinə görə, sarsılmadan ayaqda qalan şey etimad, töhfə və bu ölkənin qalıcı olacağına dair ortaq gözlənti üzərində qurulmuş sosial müqavilə idi.

İlk səslər 28 fevralın günorta saatlarında eşidildi. Əbu-Dabi, daha sonra isə Dubay üzərindən boğuq zərbə səsləri keçdi, raket önləmələri göy üzünü qısa və səssiz parıltılarla işıqlandırdı. İranın həmin ayın əvvəlində başlayan ABŞ-İsrail kampaniyasına cavab olaraq atdığı qisasçı yaylım atəşləri aviasiya dəhlizlərini, liman qurğularını və hazırda dünya ticarətinin və hesablamalarının təməlini təşkil edən gizli məlumat mərkəzlərini hədəf alırdı.

Körfəz boyunca gərginlik qeyri-adi bir genişliklə yayıldı. İlk dəfə olaraq altı Körfəz Əməkdaşlıq Şurası (GCC) dövlətinin hamısı ABŞ-la əlaqəli aktivləri, enerji infrastrukturunu və şəhər mərkəzlərini hədəf alan birbaşa və ya dolayısı ilə zərbələrlə üzləşdi və bölgənin bir-birinə bağlı iqtisadiyyatlarını eyni risk anına sürüklədi.

Dünya neftinin beşdə birinin və Qətərin mayeləşdirilmiş təbii qazının əhəmiyyətli bir hissəsinin axdığı o dar keçid - Hörmüz boğazı- qəfildən münaqişə zonasına çevrildi. Müasir kimliyi insanların, kapitalın, malların və ideyaların azad keçidi üzərində qurulmuş bir millət olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üçün bu an mövcudluq ağırlığına daha yaxın bir məna daşıyırdı.

Şok yalnız ticarət və bazarla məhdudlaşmadı. Riyadın diplomatik dairələrindən Səudiyyə Ərəbistanının şərqindəki enerji obyektlərinə, Küveytdən Qətərə qədər bu yaşanan gərginlik Körfəzin təhlükəsizlik və iqtisadi sistemlərinin nə dərəcədə sıx birləşdiyini ortaya qoydu.

İlk günlərdə gərginlik olduqca çox hiss olunurdu və mobil telefonlara xəbərdarlıqlar dalğa-dalğa gəlirdi. İnsanlar olduqca narahat və gərgin idilər. Gündəlik həyat yalnız regionda baş verən İran aqressiyası və onun fəsadlarının müzakirəsi idi. Lakin bütün bunlara baxmayaraq şəhər boşalmadı.

Region boyunca hökumətlər bazarları və əhalini sakitləşdirmək üçün sürətlə hərəkətə keçdi, əməliyyatların davamlılığını vurğuladı. Lakin heç yerdə bu davamlılıq sistemin demək olar ki, dərhal bərpa olunduğu BƏƏ-dəki qədər nəzərəçarpan deyildi.

Bazar ertəsi gəldi və ofislər yenidən açıldı, banklar əməliyyatları fasiləsiz emal etdi və limanlar, qısa bir yenidən tənzimləmədən yenidən fəaliyyətə başladı. Gündəlik həyatın xoreoqrafiyası — iş, hərəkət, istehlak — diqqətəlayiq bir sürətlə yenidən quruldu.

Regionda baş verənlər haqqında üç həftə sonra BƏƏ Xarici İşlər Nazirinin işgüzar dairələr və filantropiya üzrə xüsusi elçisi Bədr Cəfər baş verənlər barədə "Arabian Business"ə danışdı. Qeyd edək ki, Cəfər, sözlərini ehtiyatla seçən, sakit və təmkinli bir adamdır. O, qələbə və ya məğlubiyyətdən deyil, təzyiq altında olan bir ideyadan danışırdı, çünki, hücuma məruz qalan yalnız infrastruktur deyil, eyni zamanda bir ideya idi.

“İdeya ondan ibarətdir ki, insanların, kapitalın və ticarətin azad hərəkəti üzərində qurulmuş açıq, qlobal miqyasda bağlı olan iqtisadiyyat münaqişələrin olduğu bir regionda çiçəklənə bilər. Sadəcə sağ qalmaq deyil, həm də qlobal sistem üçün əvəzolunmaz hala gələ bilər. Hədəflərin özü hər şeyi deyirdi. Aviasiya infrastrukturuna, liman qurğularına, üç qitədə süni intellekt ambisiyalarını dəstəkləyən məlumat mərkəzlərinə edilən zərbələr təsadüfi qisas aktları deyil, 50 ildən çox müddətdə açıqlıq və ambisiyanın sabitliklə bir araya sığdığını nümayiş etdirən bir iqtisadiyyatın bağlayıcı toxumalarını qoparmaq cəhdləri idi”-deyə Cəfər qeyd edib.

Cəfər onu da qeyd eidb ki, BƏƏ 1980-ci ildəki 40 milyard dollarlıq iqtisadiyyatdan bu gün 500 milyard dollardan çox olan bir həcmə qədər böyüyüb.

“BƏƏ, İran-İraq müharibəsinin, tanker müharibəsinin, İraqın Küveytə təcavüzünün, neft qiymətlərinin çökməsinin, qlobal maliyyə böhranının, Ərəb baharının və qlobal pandemiyanın şoklarını dəf edə bilib. Bu dəfə də siyasi, iqtisadi çoksları dəf edə bildi və bu heç bir halda təsadüfi sayıla bilməz. Bu, düşünülmüş struktur seçimlərinin məhsuludur. Siz qlobal bir mərkəz olduğunuzda görünürsünüz və görünürlük təzyiqi cəlb edir. Biz bunu aviasiyadakı pozuntularda, turizm sifarişlərində və milyonlarla insanın gündəlik qaydalarında birbaşa hiss etdik. Mən bunların heç birini kiçiltməyəcəyəm”-deyə o qeyd edib.

Cəfər hesab edir ki, diversifikasiya olunmuş, bağlı bir iqtisadiyyat şokları qapalı olan ölkədən və onun iqtisadiyyatında daha yaxşı dəf edə bilir.

“Məlumatlar bu fikri möhkəmləndirir. Qeyri-neft sektorları indi ÜDM-in 77 faizindən çoxdur. 2025-ci ildə maliyyə xidmətləri 9 faiz, tikinti 8,7 faiz və istehsal 6,9 faiz artıb. Birbaşa xarici investisiyalar keçən il 45,6 milyard dollara çatıb və BƏƏ-ni qlobal miqyasda ilk onluğa yerləşdirib. Otuz beş iqtisadi tərəfdaşlıq sazişi indi onu yüksək artım göstərən bazarlarla bağlayır. Qeyri-neft ticarəti 1,3 trilyon AED-ni (BƏƏ dirhəmi) keçib. Bu rəqəmlərin arxasında institusional dərinlik dayanır. Təxminən 2,5 trilyon dollar aktivləri idarə edən suveren fondlar, 1 trilyon AED-i keçən Mərkəzi Bank ehtiyatları və dərindən kapitallaşmış bank sistemi.

Hörmüz boğazı davamlı müdaxilə ilə üzləşdikdə, dəniz yükləri BƏƏ-nin şərq sahilinə yönləndirildi. "Xur Fakkan" kommersiya terminalı bir neçə gün ərzində iş prinsipini dəyişdi və "Etihad Rail" ( ölkənin Dəmir yolu) aktivləşdirildi. Ehtiyat variantlar nəzərə alınmaqla qurulmuş logistika sistemi sayəsində yaşanan gərginliyin iqitsadiyyata təsiri minimum endirildi”-deyə Cəfər bildirib.

Избранный
7
turkic.world

1Источники