RU

“Evdə səyyar xidmət növü ahıllara sevgi, qayğı və tənhalığı unutdurmaq missiyasıdır”-Zülfiyyə Nuriyeva

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyindəki bütün qurumların əsas prioritet istiqaməti hər bir vətəndaşa çatmaq, hər bir vətəndaşın əlçatanlığını bu xidmətlərə təmin etməkdir.

Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib ki, Sosial Xidmətlər Agentliyi bu il ərzində birinci rübdə 4117 nəfərə evlərində səyyar formada xidmət göstərib.

“Evdə səyyar xidmət növü ahılın bir tək ehtiyacları deyil, onlara həm də bir sevgi, bir mehribançılıq, tənhalıqdan çıxmaq, onlarla söhbət etmək, onlara qayğı göstərmək, onlara bu tənhalığı unudurmaq missiyasıdır”, – deyə o qeyd edib.

Z.Nuriyeva əlavə edib ki, bu il ərzində 3786 nəfər tənha ahıla xidmət göstərilib. Eyni zamanda əlilliyi olan şəxslərə də səyyar xidmət göstərilir.

O vurğulayıb ki, xidmətlər vətəndaşların ehtiyaclarının müəyyənləşdirilməsi, yaşayış səviyyələrinin qiymətləndirilməsi və müxtəlif sahələr üzrə dəstəyin göstərilməsini əhatə edir.

“Burada əsas məqam dövlətin vətəndaşına verdiyi dəyərdir”, – deyə Z.Nuriyeva bildirib.

Zəhra Ağayeva

Избранный
20
qht.az

1Источники