RU

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı müzakirə edilib

Bakı. Trend:

Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq müzakirəedilib.

Trend bubarədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Belə ki, iqtisadiyyat nazirinin müavini Səməd BəşirliAlmaniyanın BiWE təşkilatının (Baden-Württemberg InternationalEducation) İdarə Heyətinin sədri və “Südwestmetall” Sənayeİşəgötürənləri Təşkilatının siyasət, təhsil və əmək bazarı üzrəicraçı direktoru Stefan Küpper ilə görüşüb.

Görüşdə Almaniya ilə iqtisadi əməkdaşlığın uğurla inkişafetdiyi, bu istiqamətdə Alman-Azərbaycan Xarici Ticarət Palatası vəAlmaniyanın Şərq Biznes Assosiasiyası ilə imzalanmış YolXəritəsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı ölkəmizin iqtisadi prioritetləri, insanresurslarının inkişafı istiqamətində həyata keçirilən layihə vəproqramlar barədə məlumat verilib, əməkdaşlıq imkanları müzakirəolunub. Həmçinin İqtisadi Zonaların İnkişafı Agentliyinintabeliyində Peşə Təhsili Mərkəzinin fəaliyyəti barədə məlumatverilib və sənaye sahəsində ixtisaslı kadr hazırlığı üzrə birgəfəaliyyət imkanları qeyd olunub.

Tərəflər Azərbaycanda insan kapitalı, müxtəlif iqtisadi sahələrüzrə kadr potensialına olan tələbatın qarşılanması üçün peşətəhsilinin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlərhaqqında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Избранный
44
5
az.trend.az

10Источники