RU

“AzRe Təkrarsığorta”nın vəzifəli şəxlərindən biri vəzifəsindən ayrıldı

Azərbaycanın yeganə təkrarsığorta şirkəti “AzRe Təkrarsığorta” ASC-nin Direktorlar Şurasının üzvlərindən biri vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, Asim Ramiz Salamov oğlu “AzRe”nin Direktorlar Şurasındakı müstəqil üzv kimi vəzifəsindən ayrılıb.

Bununla da Direktorlar Şurasının strukturunda sədrlə birlikdə bir üzv qalıb. Yerinə təyinat olmayıb.

Xatırladaq ki, A.Salamov bu vəzifəyə üç il öncə təyin edilib və əvvəllər isə “Bank BTB” ASC-nin Müşahidə Şurasının üzvü və rəhbəri vəzifələrində çalışıb.

“AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 50%-lik səhmdarıdır.

“Azre Təkrarsığorta” ASC 2025-cı ili 22.35 mln. manat xalis mənfəətlə tamamlasa da, bu 2024-cü ildə qeydə alınan 24.24 mln. manat xalis mənfəəti ilə müqayisədə 1.89 mln. manat və ya 8% az olub.

Избранный
8
banker.az

1Источники