RU

Ödənişli yolda yük maşını aşdı - FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yük avtomobili aşıb.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Rusiya vətəndaşına məxsus, yük yerində qarpızla dolu olan "DAF" markalı yük maşını idarəetmədən çıxaraq aşıb. 

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb yük avtomobilinin qarşısına digər yük avtomobilinin çıxması olub. 

Rusiya federasiyası vətəndaşı olan sürücü isə yüngül xəsarətlər alıb. 

Faktla bağlı araşdırma aparılır. 

Asiman Qaraca

Избранный
7
unikal.az

1Источники