RU

Dörd medallı şəhidin atası vəfat etdi FOTO

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

44 günlük Vətən müharibəsinin şəhidi Tofiq Əmirlinin atası, Müsavat Partiyasının Məclis üzvü Şəmsəddin Əmirli vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Ş.Əmirli uzun sürən xəstəlikdən dünyasını dəyişib.  

Qeyd edək ki, Şəmsəddin Əmirlinin oğlu Tofiq Əmirli Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsində xidmət edib. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasında qəhrəmanlıq, igidlik, mərdlik və cəsarət nümayiş etdirib.

Gizir Tofiq Əmirli ölümündən sonra “Vətən uğrunda”, “Vətənə xidmətə görə”,  “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
4
cebheinfo.az

8Источники