RU

Ötən il Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satılıb

2025-ci ildə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən FED.az biznes və maliyyə xəbərləri portalına bildirilib ki, satışın 1,1 milyard manatı ixracın payına düşür. Sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.

Parkda ümumi investisiyaların həcmi təqribən 6,6 milyard manatdan artıq olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb. Cənubi Qafqazın ən böyük sənaye parkında 6097 daimi iş yeri yaradılıb.

ÖtənÖtən
Избранный
14
4
fed.az

5Источники