RU

Trampın İranla atəşkəsə niyə razılaşdığı BƏLLİ OLDU: ABŞ bu ölkəyə hücum edəcək

ABŞ prezidenti Donald Tramp yenidən NATO müttəfiqlərini İranla bağlı qarşıdurmada yetərli dəstək göstərməməkdə ittiham edib və Qrenlandiya məsələsini bir daha gündəmə gətirib.

KONKRET.az xəbər verir ki, o, aprelin 8-də NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra “Truth Social” platformasında belə yazıb:

“NATO biz ehtiyac duyanda yanımızda olmadı və yenə də eyni addımı təkrarlayacaq.”

Tramp müttəfiqlərə Qrenlandiya barədə düşünməyi tövsiyə edərək, adanı “pis idarə olunan böyük buz parçası” kimi xarakterizə edib.

Xatırladaq ki, Arktikada yerləşən bu ada NATO üzvü olan Danimarkanın tərkib hissəsidir. Tramp ilin əvvəlində Qrenlandiyanı ABŞ-a birləşdirmək niyyətini də səsləndirmişdi.

O, eyni zamanda müttəfiqləri Hörmüz boğazının təhlükəsizliyinin təminində ABŞ-a dəstək verməyə çağırsa da, davam edən hərbi əməliyyatlar fonunda tərəfdaşlar konkret öhdəlik götürməkdən çəkiniblər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
14
1
konkret.az

2Источники