RU

Prezidentin yüksək rütbə verdiyi şəxs kimdir?- DOSYE

Ajans.az Yaşar Əməşovun dosyesini təqdim edir: O, 1976-cı il noyabrın 3-də Cəlilabad rayonunda anadan olub. 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində, 2004-2008-ci illərdə Beynəlxalq hüquq fakültəsində təhsil alıb. 1997-1998-ci illərdə Cəlilabadda orta məktəbdə müəllim işləyib. 1998-2000-ci illərdə Silahlı Qüvvələrin sıralarında zabit kimi həqiqi hərbi xidmət keçib. 2000-2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının məsləhətçisi, 2004-2006-cı illərdə böyük məsləhətçisi, 2006-2007-ci illərdə baş məsləhətçisi, 2007-2008-ci illərdə sektor müdiri, 2008-2018-ci illərdə şöbə müdirinin müavini vəzifələrində işləyib. 2018-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin, daha sonra İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin baş məsləhətçisi olub. 2019-2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. 3-cü dərəcə dövlət müşaviridir.

Evlidir, üç övladı var.

Избранный
11
10
Ajans.az

10Источники