RU

Oyunun sonlarında həyatda qalmaq uğrunda mübarizə aparırdıq Slot Salahı niyə oynatmadığını dedi

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə Parisdə PSJ-yə 0:2 hesabı ilə uduzan "Liverpul"un baş məşqçisi Arne Slot məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini BBC belə çatdırıb:

"Kifayət qədər qol epizodumuz oldumu? Həm hə, həm də yox. Çünki biz rəqiblərin qapısı qarşısında daha çox təhlükəli vəziyyətlər yaratmaq istəyirik. Ona görə yox deyirəm ki, real imkanlarımız çox deyildi. Rəqibin həmlələrini kompakt müdafiə ilə qarşılamağa çalışsaq da, onlar birəbir mübarizələrdən qalib ayrılırdılar. İkinci yarıda da bu mənada nəsə dəyişmədi. Bizim futbolçularımız isə bir neçə dəfə perspektivli imkanlar yaxaladılar".  

Tanınmış insayder Fabritsio Romano isə Slotun misirli hücumçu Məhəmməd Salahı Fransa nəhənginə qarşı oynatmaması barədə dediklərini şəxsi "X" hesabında paylaşıb:

"Oyunun sonlarında biz qol vurmaq yox, həyatda qalmaq uğrunda mübarizə aparırdıq. Son 20-25 dəqiqədə yalnız müdafiə olunduq. Monun yaxşı keyfiyyətləri çoxdur, amma biz onu növbəti oyunlar üçün qorumağı vacib saydıq".

Xatırladaq ki, tərəflərin cavab qarşılaşması aprelin 14-də keçiriləcək. İkinci duel "Enfild"də reallaşacaq.

Toğrul

 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
35
fanat.az

10Источники