RU

Pezeşkian: Livanın vurulması sülh sazişini təhlükəyə atır

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, İsrailin Livana hücumları Tehranda ABŞ ilə bağlana biləcək mümkün sülh sazişinə əməl olunub-olunmayacağı ilə bağlı ciddi şübhələr yaradır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə siyasətçi özünün "X" sosial şəbəkə hesabında yazıb.

"Sionist rejimin təkrarlanan təcavüzü ilkin atəşkəs razılaşmasının açıq-aşkar pozulmasıdır. Bu, qurulan tələnin və mümkün razılaşmalara əməl olunmayacağının təhlükəli əlamətidir. Bu hərəkətlərin davam etməsi danışıqları mənasız edəcək. Əllərimiz tətikdə qalacaq", — deyə paylaşımda bildirilir.

İran Prezidenti vurğulayıb ki, Tehran cavab tədbirlərinə hazırdır və "livanlı qardaş və bacılarını" heç vaxt taleyin ümidinə buraxmayacaq.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
1
icma.az

2Источники