İranın təhlükəsizlik dairələrindən "Russia Today" (RT) telekanalına sensasiyalı məlumat daxil olub.
Musavat.com xəbər verir ki, anonim mənbə İsrailin ABŞ-ın vitse-prezidenti Cey Di Vensə qarşı sui-qəsd planlaşdırdığını iddia edib.
Mənbənin iddiasına görə, İsrail kəşfiyyatı "yalançı bayraq" (false flag) əməliyyatı keçirərək, Vensi Pakistan səfəri və danışıqları zamanı öldürməyə cəhd edə bilər. Bu əməliyyatın məqsədinin cinayəti başqa tərəflərin üzərinə yıxmaq və bölgədəki gərginliyi daha da alovlandırmaq olduğu vurğulanır.
Qeyd edək ki, bu iddia rəsmi dairələr tərəfindən hələlik təsdiqlənməyib. Lakin Tehranın bu xəbərdarlığı regiondakı təhlükəsizlik risklərinin nə dərəcədə kritik olduğunu bir daha nümayiş etdirir.
Musavat.com