RU

"Azərbaycan Sənaye Sığorta" ASC ötən ili zərərlə başa vurub

"Azərbaycan Sənaye Sığorta" ASC 2025-ci ili 2 milyon 588 min 398,04 manat zərərlə başa vurub.

APA-Economics” bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il şirkətin bölüşdürülməmiş zərəri isə 1,426 milyon manat təşkil edib. Qeyd edək ki, şirkət 2024-cü ildə 1,6 milyon manat xalis mənfəət əldə etmişdi.

Ötən il "Azərbaycan Sənaye Sığorta" nın gəlirləri və xərcləri artıb. Belə ki, 2025-ci ildə şirkətin gəlirləri 9.07% artaraq 29,3 milyon manata, xərcləri isə 26,3% artaraq 31.9 milyon manat təşkil edib. Onu da bidirək ki, şirkət ötən il mənfəət vergisi ödəməyib.

Hesabat dövründə şirkətin aktivləri də 16,4% artaraq 35,7 milyon manata, öhdəlikləri isə 43,1% artaraq 26,2 milyon manata yüksəlib.

Dövr ərzində ASC-nin öhdəliklərində sığorta ehtiyatları 45,5% artaraq 22,932 milyon manat, kreditor borcları isə 39% artaraq 1,636 milyon manat təşkil edib.

"Azərbaycan Sənaye Sığorta"nın balans kapitalı isə 9,573 milyon manat təşkil edib ki, bu da bir il əvvəlki göstəriciyə nisbətən 22,9% azdır.

Избранный
36
apa.az

1Источники