RU

Mədəniyyət Nazirliyi regionlarda mədəni qastrol proqramını açıqladı

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir.Demokrat.az xəbər verir ki, layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüslərindən biridir. Proqramın məqsədi regionlarda mədəni həyatın canlandırılması, yüksək səviyyəli incəsənət nümunələrinin daha geniş auditoriyaya təqdim olunması və ölkə üzrə vahid mədəni məkanın möhkəmləndirilməsidir.Aprel ayında qastrol proqramı Xırdalan, Lənkəran, Sumqayıt, Xızı, Mingəçevir və Zaqatala şəhərlərini əhatə edir.Aprel ayı konsert proqramı:11 aprel – Xırdalan şəhəri

Abşeron rayon Mədəniyyət Mərkəzi | 15:00

Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri15 aprel – Lənkəran şəhəri

Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi | 16:00

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı18 aprel – Sumqayıt şəhəri

"Kimyaçı" Mədəniyyət Sarayı | 15:00

Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri 20 aprel – Lənkəran şəhəri

Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi | 16:00

R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri22 aprel – Xızı şəhəri

Heydər Əliyev Mərkəzi | 16:00

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Simli Kvarteti23 aprel – Mingəçevir şəhəri

Heydər Əliyev Mərkəzi | 17:00

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri 27 aprel – Zaqatala şəhəri

Zaqatala rayon Mədəniyyət Mərkəzi | 16:00

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Bakı Dövlət Kamera Orkestri  29 aprel – Sumqayıt şəhəri

"Kimyaçı" Mədəniyyət Sarayı |18:00

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, solistləri və xor kollektivi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
2
demokrat.az

3Источники