RU

Memar Şeyx Bəhaəddinin möhtəşəm layihəsi: Gəncənin tarixi Cümə məscidinin sirləri FOTOREPORTAJ

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qədim Gəncə şəhərində yerləşən Cümə məscidi 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın göstərişi ilə inşa edilib.

Oxu.Az PhotoStock.Az-a istinadla xəbər verir ki, bu səbəbdən məscid xalq arasında "Şah Abbas məscidi" kimi də tanınır.

Görkəmli alim-memar Şeyx Bəhaəddinin layihəsi əsasında inşa edilən məscidin bir hücrəsində böyük Azərbaycan şairi, xəttat Mirzə Şəfi Vazeh də fəaliyyət göstərib.

Məscidin XVIII əsrin ortalarında və sonunda baş vermiş tarixi hadisələrdən xəbər verən kitabələrində Gəncə xanlığının son hökmdarı Qacar Cavad xan Ziyad oğlunun adı çəkilir.

Eyni zamanda məscidin və minbərin dağılması, 1795, 1796 və 1809-cu illərdə təmir olunmasından bəhs edilir. Tikilinin giriş portalının kompozisiyasını tamamlayan, sağ və sol tərəfində yerləşən qoşa minarələr sonralar inşa olunub.

Məscidi iki dəfə əsaslı təmir etdirən Cavad xanın məqbərəsi də bu abidənin yaxınlığında yerləşir.

Gəncədəki tarixi Cümə məscidindən fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
oxu.az

1Источники