RU

Müctəba Xameneidən ŞOK TƏHDİD: “Qisas alınacaq”

İranın Ali Rəhbəri Əli Xameneinin qətlindən 40 gün keçməsi münasibətilə xalqa müraciət edən Müctəba Xamenei Vaşinqtona və region ölkələrinə kəskin xəbərdarlıqlar ünvanlayıb.

KONKRET.az xəbər verir ki, Xamenei İranın artıq böyük dövlətə çevrildiyini və təcavüzkar tərəfin törətdiyi cinayətlərə görə mütləq qan bahası ödəyəcəyini bəyan edib.

O, çıxışında strateji Hörmüz boğazının idarəedilməsində yeni və daha sərt bir mərhələyə keçildiyini elan edərək, cənub qonşularını “şeytanların vədlərinə” uymamağa çağırıb.

İranın müharibə istəmədiyini, lakin bütün “Müqavimət Cəbhəsi” ilə birlikdə öz haqlarını qorumağa və mərhum rəhbərin qisasını almağa tam qərarlı olduğunu vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Избранный
32
29
konkret.az

10Источники