RU

Metabolizmanı sürətləndirən və iştahı kəsən təbii vasitələr

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Qış aylarında hərəkətsizliyin artması və havaların soyuması bədəndə artıq çəki yığılmasına şərait yaradır. Bir çox insanlar bu kilolardan qurtulmaq üçün bahalı prosedurlar və ya ağır pəhrizlər axtarsa da, əslində mətbəxdə olan bəzi məhsullar metabolizmanı təbii şəkildə sürətləndirə bilir.Demokrat.az xəbər verir ki, acı bibər bu siyahıda ilk sıralarda yer alır. Bibərə o məşhur acılığı verən kapsaisin maddəsi bədənin daxili hərarətini yüksəldərək termojenik təsir yaradır. Orqanizm isə bu istiliyi tarazlamaq məqsədilə əlavə kalori xərcləməyə başlayır və enerjini birbaşa yağ depolarından götürür. Aparılan müşahidələr göstərir ki, acı bibər maddələr mübadiləsini müvəqqəti olaraq 10 faiz sürətləndirmək qabiliyyətinə malikdir.Alma sirkəsi isə bədənin yağ toplama mexanizminə qarşı effektiv mübarizə aparır. Tərkibindəki asetik turşu qan şəkərini tənzimləyərək insulin sıçrayışlarının qarşısını alır. Bu da bədənin yağ yandırma rejiminə keçməsini asanlaşdırır. Suya əlavə edilən az miqdarda sirkə toxluq hissi yaradaraq gün ərzində lazımsız qəlyanaltılardan uzaq durmağa kömək edir.Yaşıl çay xüsusilə qarın nahiyəsindəki piylərlə mübarizədə etibarlı vasitə hesab olunur. Tərkibindəki güclü antioksidantlar yağ hüceyrələrinin parçalanmasını sürətləndirən hormonların səviyyəsini artırır. Hətta fiziki aktivlikdən əvvəl içilən bir fincan yaşıl çay məşq zamanı yandırılan yağın miqdarını xeyli yüksəldə bilər.Siyahını tamamlayan digər məhsul isə qəhvədir. Kofein sinir sisteminə təsir edərək yağ toxumalarına parçalanma əmri göndərir. Şəkərsiz və südsüz içilən sadə qəhvə maddələr mübadiləsini 3-11 faiz arası sürətləndirir. Bu təbii vasitələri gündəlik qidalanmaya daxil edərkən bol su içmək və yüngül hərəkətlər etmək nəticəni daha da qalıcı edir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
53
demokrat.az

1Источники