Bakı. Trend:
Asiya İnkişaf Bankının məlumatına görə, struktur məhdudiyyətlərivə karbohidrogen sektorunun dinamikasındakı dəyişiklikləri nəzərəalaraq Azərbaycanda orta müddətli perspektivdə adambaşına düşənÜDM-in artımında kəskin artım gözlənilmir.
Bu barədə Trendməlumat verir.
AİB-in son proqnozlarına əsasən, adambaşına düşən ÜDM-in artımtempi 2021–2022-ci illərdə dirçəliş nümayiş etdirdikdən sonrazəifləyərək qeyri-bərabər dinamika göstərib:
2021: 5,1%
2022: 4,3%
2023: 0,7%
2024: 3,6%
2025: 1,0%
2026: 1,8%
2027: 1,6%
Bank qeyd edir ki, ölkənin iqtisadi dinamikası əvvəl olduğu kimifiskal siyasət və enerji sektorunun inkişafı əsasındamüəyyənləşəcək.
“2026-cı ildə iqtisadi artımın dövlət xərclərinin potensialartımı hesabına 2% səviyyəsində olacağı proqnozlaşdırılır. 2027-ciildə isə karbohidrogen hasilatının gözlənilən azalması fonunda bugöstəricinin 1,8%-ə qədər enəcəyi gözlənilir”,-deyə hesabatda qeydolunur.
Eyni zamanda bank vurğulayır ki, dövlət xərclərinin strukturuiqtisadiyyata təsiri məhdudlaşdıra bilər.
“Dövlət xərclərinin ümumi həcmi artsa da, investisiyaxərclərinin azalması iqtisadi artımı ləngidə bilər”,-deyə AİB qeydedib.
Hesabatda bildirilir ki, neft hasilatının azalması digərsektorlarda artımı kompensasiya edə bilər.
“Neft hasilatının gözlənilən azalmasının qeyri-neft sektorunungenişlənməsini neytrallaşdıracağı ehtimal edilir”.
Hesabatda qeyd olunur ki, 2026 və 2027-ci illərdə xidmətlərsektorunun müvafiq olaraq 3,5% və 3,4%, kənd təsərrüfatının 1,4% və1,0% artacağı, sənaye sektorunun isə müvafiq olaraq 0,2% və 0,1%azalacağı gözlənilir.
Bankın qiymətləndirmələrinə görə, inflyasiya yaxın perspektivdəyüksək olaraq qalacaq, lakin sonradan tədricən azalacaq.
“İnflyasiya 2027-ci ildən etibarən azalmağa başlayacaq, lakinqlobal geosiyasi risklər və təklif şokları səbəbindən yüksəkqeyri-müəyyənlik qalmaqdadır”,-deyə hesabatda qeyd olunur.
İnflyasiya təzyiqlərinə təsir edən amillər kimi bank daxili vəxarici qiymət düzəlişlərini qeyd edir.
“2025-ci ilin yanvarında kommunal və nəqliyyat xidmətləri üzrətariflərin artırılması, 2025-ci ilin oktyabrında nəqliyyattariflərində əlavə düzəlişlər və 2026-cı ilin yanvarında benzininqiymətinin artması inflyasiya təzyiqini formalaşdıracaq”,-deyə AİBbildirib.
Buna baxmayaraq, inflyasiya tədricən azalacaq.
“ 2026-cı ildə inflyasiya 5,7% təşkil edəcək. 2027-ci ildə isəticarət tərəfdaşlarında karbohidrogen qiymətlərinin aşağı düşməsinəticəsində idxal inflyasiyanın zəifləməsi şərti ilə bu göstərici4,9%-ə qədər enə bilər”,-deyə AİB əlavə edib.
.
Bankın qiymətləndirmələrinə görə, inflyasiya yaxın perspektivdəyüksək olaraq qalacaq, lakin sonradan tədricən azalacaq.