RU

İran XİN Müctaba Xameneinin niyə gizləndiyini açıqlayıb

Tehran bildirir ki, Ali liderin ictimaiyyət qarşısına çıxmaması bölgədəki gərginlik və yüksək təhlükəsizlik riskləri ilə bağlıdır...

Poliqon xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyində məsələ ilə bağlı verilən açıqlamada bildirilib.

İran Xarici İşlər Nazirliyində Müctəba Xameneinin uzun müddətdir ictimai məkanda görünməməsinin səbəbi təhlükəsizlik amilləri ilə izah olunub. Xarici işlər nazirinin müavini Səid Xətibzadə bəyan edib ki, regionda davam edən hazırkı gərginlik fonunda Ali liderin oğlunun həyatı üçün risklər son dərəcə yüksək olaraq qalır.

Diplomatın sözlərinə görə, İran rəhbərliyi yaranmış mürəkkəb və təhlükəli şəraiti nəzərə almağa məcburdur. O qeyd edib ki, ABŞ-nin addımlarından sonra bölgədə vəziyyət daha da kəskinləşib və Tehran Vaşinqtonu beynəlxalq hüquq normalarına zidd olaraq dövlət başçısının aradan götürülməsində ittiham edir.

Səid Xətibzadə əlavə edib ki, ABŞ-nin İsrailə verdiyi dəstək vəziyyəti daha da ağırlaşdırır. Onun fikrincə, İsrail tərəfi istənilən hədəfə qarşı sui-qəsd cəhdinə hazır ola bilər və bu da İran rəhbərliyinin təhlükəsizlik tədbirlərini maksimum səviyyədə gücləndirməsini zəruri edir.

İran rəsmisinin açıqlaması göstərir ki, Tehran bölgədəki son hadisələri təkcə siyasi və hərbi eskalasiya kimi deyil, eyni zamanda dövlət rəhbərliyinə və hakimiyyət dairələrinə yönəlmiş birbaşa təhlükə kimi qiymətləndirir. Bu baxımdan, Mqctəba Xameneinin ictimaiyyət qarşısında görünməməsi daxili siyasi qərardan çox, fövqəladə təhlükəsizlik tədbiri kimi təqdim olunur.

Hazırkı açıqlama İran daxilində hakimiyyət çevrəsində təhlükəsizlik məsələlərinin nə qədər həssas mərhələyə çatdığını bir daha ortaya qoyur. Xüsusilə də regional qarşıdurmanın dərinləşdiyi bir vaxtda yüksək vəzifəli şəxslərin və onların ailə üzvlərinin qorunması Tehran üçün prioritet məsələlərdən birinə çevrilib.

Poliqon.info

Избранный
11
poliqon.info

1Источники