RU

UEFA Konfrans Liqası: 1/4 finalın ilk oyunları keçirilib

UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

90deqiqe.Az xəbər verir ki, İspaniyanın “Rayo Valyekano” klubu öz meydanında Yunanıstanın AEK komandası üzərində inamlı qələbə qazanıb – 3:0.

Ukraynanın “Şaxtyor” kollektivi Niderland təmsilçisi AZ-ni eyni hesabla – 3:0 məğlub edib.

İngiltərənin “Kristal Pelas” komandası İtaliyanın “Fiorentina” klubunu qəbul edib və meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.

Almaniyanın “Maynts 05” klubu isə Fransanın “Strasburq” komandasını 2:0 hesabı ilə üstələyib.

UEFA Konfrans Liqası

1/4 final mərhələsi, ilk oyunlar

9 aprel

"Rayo Valyekano" (İspaniya) – AEK (Yunanıstan) 3:0

"Şaxtyor" (Ukrayna) – AZ (Alkmaar, Niderland) 3:0

"Kristal Pelas" (İngiltərə) – "Fiorentina" (İtaliya) 3:0

"Maynts 05" (Almaniya) – "Strasburq" (Fransa) 2:0

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab görüşləri aprelin 16-da keçiriləcək.

Избранный
17
1
90deqiqe.az

7Источники