Bakı.Trend:
Azərbaycan və Gürcüstan arasında beynəlxalq avtomobil daşımalarıüzrə əməkdaşlıq genişlənir.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları DövlətAgentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, aprelin 8–9-da Bakıda Azərbaycan Respublikası iləGürcüstan arasında beynəlxalq avtomobil daşımaları üzrə QarışıqKomissiyanın növbəti iclası keçirilib.
İclas çərçivəsində iki ölkə arasında avtomobil nəqliyyatı iləbeynəlxalq yük daşımalarının mövcud vəziyyəti və inkişafperspektivlərinə dair müzakirələr aparılıb.
Görüş zamanı beynəlxalq yük daşımalarının həyata keçirilməsiməqsədilə 2026-cı il üzrə əlavə olaraq ikitərəfli və tranzitdaşımalar üçün 10 000 ədəd, üçüncü ölkəyə/ölkədən daşımalar üçünisə 2 500 icazə blankının mübadiləsi barədə razılıq əldəolunub.
Statistik göstəricilərin təhlili və artan yük axını nəzərəalınaraq, 2027-ci il üzrə icazə blanklarının ilkin illik kvotasıikitərəfli və tranzit daşımalar üzrə 18 faiz artırılaraq 65 000ədədə, üçüncü ölkəyə/ölkədən daşımalar üzrə isə 50 faiz artırılaraq7 500 ədədə çatdırılıb.
Tərəflər avtomobil nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlığındinamik inkişafını, həmçinin son dövrdə beynəlxalq yükdaşımalarının həcmində əhəmiyyətli artımın müşahidə olunduğunu qeydediblər. Bununla əlaqədar, avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarının fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsiməqsədilə əlavə tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.
Bildirilib ki, Azərbaycan tərəfi Türkiyə, Özbəkistan vəQırğızıstan ilə elektron icazə sisteminin (e-permit) tətbiqiniuğurla həyata keçirir, Qazaxıstan ilə isə bu sistemin tətbiqi üzrəişlər yekun mərhələdədir.
Gürcüstan ilə mübadilə edilən icazə blanklarınınelektronlaşdırılması məqsədilə e-permit sisteminin tətbiqiməqsədəuyğun hesab edilib. Bu istiqamətdə sistemin tətbiqininsürətləndirilməsi üçün mayın 1-dən birgə texniki işçi qrupununyaradılması və müvafiq işlərə başlanılması barədə razılıq əldəolunub.
İclasın yekununa dair müvafiq protokol imzalanıb.