RU

Azərbaycan ərazisindən Körfəz ölkələrinə raket buraxılır?

Son günlər bəzi sosial media platformalarında və Teleqram kanallarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı yayılan iddialar tamamilə əsassızdır.

Publika.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Qeyd edilib ki, iddialar heç bir etibarlı mənbə tərəfindən təsdiqlənmir:

"Belə miqyaslı və ciddi təhlükəsizlik xarakterli hadisə baş verdiyi təqdirdə, bu barədə aparıcı beynəlxalq media qurumları və rəsmi mənbələr tərəfindən dərhal məlumat yayılardı. Hazırda isə bu iddiaları təsdiqləyən heç bir mötəbər informasiya mövcud deyil. Bu kimi məlumatlar regionda süni gərginlik yaratmağa və yanlış təsəvvür formalaşdırmağa yönəlmiş dezinformasiya cəhdlərinin tərkib hissəsi kimi qiymətləndirilə bilər".

Избранный
17
7
publika.az

8Источники