RU

Emin Əmrullayev: “Qəbul imtahanlarında abituriyentlərə iki şansın verilməsi əhəmiyyətli yenilikdir”

Son illərdə imtahanların məzmununda mühüm dəyişikliklər edilib.

 

Bu sözləri Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev DİM-in 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı bildirib.

 

O bildirib ki, buraxılış imtahanlarına xarici dil fənninin daxil edilməsi və onun məcburi olması, açıq tipli sualların tətbiqi, eləcə də qəbul imtahanlarında abituriyentlərə bir deyil, iki şansın verilməsi əhəmiyyətli yeniliklərdir:

 

"Bu dəyişikliklər dərhal özünü göstərmir. Onların təsiri tədricən üzə çıxır və biz bunu artıq yavaş-yavaş müşahidə edirik. Məsələn, xarici dilin buraxılış imtahanına daxil edilməsi həmin dili daha yaxşı mənimsəyən şagirdlərin üstünlük qazandığını göstərir.

 

Ümumilikdə, təhsil sahəsində baş verən yeniliklərin əsas istiqamətlərindən biri məhz imtahan sistemində həyata keçirilən dəyişikliklərdir", - deyə o bildirib.

Tarix: 10 Aprel 2026, 10:58   
Избранный
5
3
pravda.az

6Источники