RU

Tayvan müxalifət lideri Çində səfərdədir

Çin Prezidenti Si Cinpin Tayvanın əsas müxalifət partiyası olan Kuomintangın (KMT) lideri Çenq Li-vun ilə görüşüb.

“Cebheinfo.az”-ın xarici mediaya istinadən məlumatına görə, Çin lideri görüş zamanı vurğulayıb ki, “Tayvan boğazının hər iki tərəfindəki həmvətənlər Çin xalqına məxsusdur. 

Beynəlxalq vəziyyət dəyişsə də, Tayvan boğazının hər iki tərəfindəki həmvətənlər arasında yaxınlaşma meyili dəyişməyəcək”.

Çenq Li-vun isə qeyd edib ki, Tayvan boğazı gələcəkdə “potensial münaqişələr üçün qaynar nöqtə olmaqdan çıxacaq və əlbəttə ki, xarici müdaxilə üçün şahmat taxtasına çevrilməyəcək”.

Bununla da o, Pekinin ABŞ-ı Tayvan və Çin arasındakı münasibətlərə müdaxilə etməkdə ittiham edən açıqlamalarını təkrarlayıb.

Qeyd edək ki, martın 5-də Çin Tayvanın müstəqilliyinin tərəfdarlarına “həlledici zərbələr” endirəcəyinə söz verib.

Pekin həmçinin ada ilə münasibətləri inkişaf etdirəcəyini və eyni zamanda “milli birləşmənin böyük işini” irəli aparacağını bildirib.

Избранный
33
cebheinfo.az

1Источники