Yaxın Şərq münaqişəsi NATO daxilinə parçalanma yaradıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" qəzeti dörd diplomata istinadla məlumat yayıb.
Məqalədə deyilir ki, Trampın NATO-ya qarşı əvvəlki hücumları Avropa müttəfiqlərinin yekdil reaksiyasına səbəb olsa da, İranla müharibə onlar arasında fikir ayrılığına səbəb olub... Avropa paytaxtları ABŞ-ı Avropa qitəsində qoşunlarını saxlamağa inandırmaq səylərini sarsıdan qərarlar üzərində bölünüblər.
Tramp həmçinin NATO-nun baş katibi Mark Rutteni ABŞ-a kömək etməkdən imtina edən ittifaq ölkələrini cəzalandırmaqla hədələyib.