RU

"Karvan-Yevlax" ev oyununa 3 itki ilə çıxacaq

Misli Premyer Liqasının 27-ci turu çərçivəsində bu gün "Kəpəz"i qəbul edəcək "Karvan-Yevlax" meydana 3 itki ilə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında bölgə komandasının sözçüsü Bəhruz Musayev deyib:

"Cəzalı futbolçu yoxdur. Araz Abdullayev, İbrahim Qədirzadə və Əli Abdullayev zədə səbəbindən bu oyunda iştirak edə bilməyəcəklər".

Qeyd edək ki, bu gün baş tutacaq "Karvan-Yevlax" - "Kəpəz" qarşılaşmasının start fiti 15:30-da səsləndiriləcək. Gəncə təmsilçisi turnir cədvəlində 21 xalla 10-cu pillədə qərarlaşıbsa, 8 xala malik "Karvan-Yevlax" 12-ci - sonuncu sıradadır.

Избранный
5
fanat.az

1Источники