RU

Bakıda bu yolda yenilik: 100 manat cərimə edilə bilərsiniz KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Biləcəri qəsəbəsinin giriş hissəsində yerləşən mühüm yol qovşaqlarından biri hesab edilən Biləcəri dairəsinin müxtəlif istiqamətlərinə “Sarı tor” nişanlama xətləri çəkilib.

KONKRET.az xəbər verir ki, dairənin ətrafına “Sarı tor” nişanlama xətlərin çəkilməsinə yaxın həftələrdə başlanılıb.

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Trend-ə açıqlamasında bildirib ki, qeyd edilən ərazidə yarana biləcək sıxlığın, həmçinin baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə BŞDYPİ tərəfindən mütəmadi olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir.

“Həmin ərazidə əsasən, sürücülərin yol ayrıcını kobud şəkildə pozması nəticəsində sıxlıq yaranır. Sözügedən nişanlama xətti tələbinin pozulması qanunvericiliyin tələblərinə ziddir. Belə hal aşkarlandığı təqdirdə həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 3 cərimə balı və 100 manat dəyərində cərimə tətbiq olunur”,-deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
5
konkret.az

6Источники