RU

Siyavuş Novruzov: Qadın paltarı geyinib qaçanlar, indi də...

Əfsuslar olsun ki, süni intellektin ortaya çıxardığı qabaqcıl nailiyyətlər daha çox informasiya texnologiyalarına, mədəniyyətə və siyasətə inteqrasiya edir”.

Ölkə.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, vətəndaşların hüquqlarının pozulması, müəllif hüquqlarının pozulması, siyasi həyatının cəmiyyətə başqa cür çatıdırılmasının şahidi oluruq:

"Ondan-bundan, uzaqdan və yaxından götürülmüş fotoşəkillər, həmin şəxslərin görüntüləri, hər hansı bir ünvana qədər əldə olunmuş materiallar, eləcə də sənaye və hərbi sistemlərdə, həmçinin səhiyyə sektorunda istifadə olunan süni intellekt texnologiyalarından istifadə etməklə ortaya çıxarılan fotoşəkillərdən söhbət gedir".
Deputat əlavə etdi ki, əynin qadın paltarı geyinib qaçanlar, fırıldaqçıların məqsədi vətəndaşların hüquqlarını pozmaq, ümumiyyətlə şəxsi həyatın toxunulmazlığını zədələmək, onların mənəvi və ya siyasi həyatını təhrif olunmuş formada cəmiyyətə təqdim etməkdir:

"Xüsusilə əxlaqi və mənəvi dəyərlərin güclü olduğu Azərbaycan cəmiyyətində bu kimi hallarla insanlar müxtəlif aşağılayıcı ifadələrlə hədəfə alınır. Bu şəxslər süni intellekt texnologiyalarından istifadə edərək Azərbaycan dövlətinə, Azərbaycan ordusuna, Azərbaycan xalqına və ümumilikdə ölkəmizə qarşı yalan və əsassız məlumatlar yayır, insanların şəkillərini manipulyasiya edərək ictimaiyyətə təqdim edirlər. Burada diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, bu cür hallar həm beynəlxalq hüquq normalarına ziddir, həm də Azərbaycan qanunvericiliyinə və  Konstitusiyasına uyğun deyil və bu sahədə qəbul edilən qanunvericilik aktları məhz bu cür pozuntuların qarşısını almağa yönəlib".

Mürtəza

Избранный
25
3
olke.az

4Источники