RU

İran səfiri: Yalnız 10 bəndlik planımız qəbul edilərsə müharibə dayanacaq

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

Tehran Vaşinqtonla müharibəni dayandırmağa yalnız İranın 10 bəndlik planında göstərilən şərtlər qəbul edildiyi təqdirdə razılıq verəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın Özbəkistandakı səfiri Məhəmməd Əli İskəndəri bəyan edib.

"İran müharibənin dayandırılmasına yalnız 10 bəndlik planda nəzərdə tutulan prinsiplər qəbul edildikdən və onun detalları danışıqlar zamanı tam razılaşdırıldıqdan sonra razı olacaq", — deyə o, bir qrup jurnalistlə görüşündə bildirib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
1
icma.az

2Источники