RU

M= V+İ. Bu düstura görə, İran savaşda məğlub olub

ABŞ rəsmi səviyyədə deyir ki, İran savaşında zəfər qazanıb.

İran da rəsmi səviyyədə iddia edir ki, qələbə ona məxsusdur.

Bir müharibənin iki qalibi ola bilməyəcəyinə görə, biri, yaxud hər hər ikisi yalan danışır.

Savaşda qələbə elə mürəkkəb məfhumdur ki, onu dərhal, aydın və qəti müəyyən etmək çətindir. Xüsusilə müasir müharibələrdə qələbə ilə bağlı hərbi ədəbiyyatda aydın mövqe yoxdur. Lakin bəzi düsturlar var ki, onu tətbiq edərək kimin qalib, kimin məğlub olmasını müəyyən etmək olur.

İndi J. Bun Bartolomisin "Qələbə nəzəriyyəsi" adlı 2008-ci ildə dərc olunmuş məqaləsində yer alan bu düsturlardan birini Azərbaycan terminologiyasına uyğunlaşdıraraq (orijinalda: R = M x W) təqdim edirəm.

M= V+İ

M- Müqavimət gücü
V- Vasitələr
İ- İradə.

Qələbədən o zaman danışmaq olar ki, müqavimət gücü 0-a yaxınlaşsın.

İradə: Trampın verdiyi ultimatum qarşısında vaxtın bitməsinə bir neçə saat qalmış İran Hürmüz boğazını açmağa, atəşkəslə razılaşmağa və danışıqlara razı oldu. Bu, İran tərəfinin iradəsinin sındırılmasının açıq göstəricisidir və bu barədə mübahisə edən kəsinrasional düşüncə ilə bir əlaqəsi yoxdur.

Vasitələr: Müharibədə qalib gəlməyin ənənəvi konsepsiyası düşmənin müqavimət vasitələrinin azaldılmasına əsaslanır. Bu isə adətən düşmənin hərbi qüvvələrinin məhv edilməsi və ya neytrallaşdırılması, yaxud onların effektivsiz hala düşənədək tədricən zəiflədilməsi (attrisiya) yolu ilə həyata keçirilir.

Избранный
6
aznews.az

1Источники