RU

Rusiya və Ukrayna sabah əsirləri dəyişdirəcəklər

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şənbə günü, 11 aprel tarixində Rusiya və Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi planlaşdırılıb.Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bundan bir gün əvvəl Rusiya və Ukrayna həlak olmuş hərbçilərin cəsədlərinin növbəti mübadiləsini həyata keçiriblər. Dövlət Dumasının deputatı, xüsusi əməliyyat məsələləri üzrə parlament koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyev bildirib ki, Ukrayna tərəfinə 1000 həlak olmuş hərbçinin cəsədi verilib, Rusiya tərəfi isə 41 cəsəd alıb.

Aprelin əvvəlində Rusiyada insan hüquqları üzrə müvəkkil Tatyana Moskalkova Pasxa bayramı ərəfəsində tərəflərin əsir mübadiləsinə hazırlaşdığını demişdi. O, detalları açıqlamasa da, “geniş iş aparıldığını” qeyd etmişdi.

2025-ci ildə də Pasxa öncəsi Rusiya və Ukrayna “246-ya 246” formulu üzrə hərbi əsirlərin mübadiləsini həyata keçirmişdi.

Bayram münasibətilə Prezident Vladimir Putin Ukrayna ilə atəşkəs elan edib; atəşkəs 11 aprel saat 16:00-dan 12 aprel gününün sonuna qədər davam edəcək. Kremlin bildirdiyinə görə, Rusiya Ukrayna tərəfinin də bu addımı təkrarlayacağına ümid edir. Prezident Vladimir Zelenski isə Ukraynanın Pasxa atəşkəsini dəstəkləməyə hazır olduğunu bəyan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
modern.az

1Источники