RU

​Heç vaxt “xanımını” atmayan quş -

Bəzi quşlar var ki, onlar sevgilərinə sonadək sadiq qalması ilə tanınır. Metbuat.az xəbər verir ki, bu siyahıda qu quşları xüsusi yer tutur. Onlar adətən bir dəfə cütləşdikdən sonra həyat boyu eyni partnyorla qalır və yeni cüt axtarmırlar. Hətta partnyorlarından ayrılmaq məcburiyyətində qaldıqda və ya onu itirdikdə ciddi stress keçirirlər. Qu quşları əsasən göllərdə və sakit su hövzələrində yaşayır. Onlar böyük, zərif bədən quruluşuna və uzun boyunlarına görə asanlıqla tanınır. Ağ rəngli tükləri isə onlara daha da möhtəşəm görünüş verir.

Qu quşları təkcə sədaqətləri ilə deyil, həm də güclü ailə bağları ilə seçilir. Erkək və dişi birlikdə yuva qurur, yumurtaları növbə ilə qoruyur və balalarını birgə böyüdürlər. Bu fədakarlıq onların münasibətini daha da möhkəmləndirir. Təbiətdə nadir rast gəlinən bu davranış qu quşlarını sevgi və bağlılığın simvoluna çevirib.

Избранный
7
1
metbuat.az

2Источники