Dünyanın ən varlı qadınların yeni reytinqi açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, müxtəlif sahələrdə - pərakəndə satış, kosmetika, maliyyə və sənaye sektorlarında fəaliyyət göstərən iş qadınları böyük sərvətləri ilə diqqət çəkir.
İlk 10-luqda olan qadınlar bunlardır:
1. Elis Volton - 101 milyard dollar
Valmart imperiyasının qurucusu Sem Voltonun qızı olan Elis Volton siyahının lideridir.
2. Fransuaz Bettankur Mayers - 81,6 milyard dollar
L’Oreal kosmetika nəhənginin varisi olan Fransuaz Bettankur Mayers keçən il birinci olsa da, bu il ikinci yerdə qərarlaşıb.
3. Cülya Kox - 74,2 milyard dollar
Mərhum iş adamı Devid Koxun həyat yoldaşı olan Cülya Kox, Koch Industries şirkətindəki payları ilə böyük sərvətə sahibdir.
4. Jaklin Mars - 42,6 milyard dollar
Mars Inc. ailəsinin üzvü olan Jaklin Mars, M&M’s və Snickers kimi məşhur brendlərin varisidir.
5. Rafaela Aponte-Diaman - 37,7 milyard dollar
MSC Shipping şirkətinin səhmlərinin 50 faizinə sahib olan Rafaela Aponte-Diaman dənizçilik sektorunda böyük uğur qazanıb.
6. Savitri Cindal - 35,5 milyard dollar
Hindistanın ən varlı qadınlarından biri olan Savitri Cindal, polad sənayesi və enerji sektorunda fəaliyyət göstərən Jindal Group-a rəhbərlik edir.
7. Abigeil Conson - 32,7 milyard dollar
Fidelity Investments şirkətinin rəhbəri olan Conson maliyyə dünyasının ən güclü qadınlarından biridir.
8. Miriam Adelson - 32,1 milyard dollar
Las Vegas Sands şirkətinin əsas səhmdarlarından biri olan Miriam Adelson kazino və turizm sektorunda fəaliyyət göstərir.
9. Merilin Saymons - 31 milyard dollar
Simons Fondu vasitəsilə elm və təhsil layihələrini dəstəkləyən tanınmış xeyriyyəçidir.
10. Melinda Frenç Qeyts - 30,4 milyard dollar
Microsoft-un qurucusu Bill Qeyts ilə boşandıqdan sonra həm sərvəti, həm də xeyriyyə fəaliyyəti ilə gündəmdə qalır.
Telegram kanalımız