RU

Ginnesin Rekordlar Kitabına düşmək istəyən tennisçi: Gördüm ki, bu, məndə alınır, maraqlı gəldi

Bakı, 10 aprel, AZƏRTAC

Topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu sosial şəbəkələrdə gördüm. Bunu türkiyəli stolüstü tennisçi Osman Gürcü paylaşmışdı. Hazırda bu rekord 16.70 metr məsafə ilə ona məxsdur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında adını Ginnesin Rekordlar Kitabına yazdırmaq istəyən Azərbaycanın stolüstü tennisçi Nihad Məmmədov deyib.

O, həmin videodan sonra bir neçə dəfə öz şansını yoxladığını bildirib: “Gördüm ki, bu, məndə alınır. Maraqlı gəldi. Hətta məşqlərdə bu hərəkəti 17 metr məsafədən həyata keçirirəm”.

İdmançı Ginnesin Rekordlar Kitabının nümayəndələrinin onun cəhdini onlayn formada izləyəcəklərini söyləyib: “Onlara Bakıdan məlumatları və görüntüləri göndərəcəyik. Hədəfim olan 17 metr məsafəni ötə bilsəm, tez bir zamanda sertifikat göndəriləcək”.

Nihad Məmmədov əsas məqsədinin uşaqlar arasında stolüstü tennisi yaymaq olduğunu vurğulayıb: “Hazırda öz sosial şəbəkə hesabımda bu idman növü ilə bağlı videolar paylaşıram. Birinci hədəfim Azərbaycan adını Ginnesin Rekordlar Kitabına yazdırmaqdır. Bu, mənə gələcək yarışlara daha yaxşı hazırlaşmağa kömək edəcək”.

Milli komandanın üzvü aprelin 12-də “Şüa İdman Kompleksi”ndə təşkil olunacaq mərasimdə topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə çalışacaq.

Избранный
6
1
azertag.az

2Источники