RU

Səhiyyə Nazirliyi “Böyük Qayıdış” çərçivəsində ilk dəfə portativ stomatoloji qurğu tətbiq etdi

Bakı. Trend:

Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə “BöyükQayıdış” proqramı çərçivəsində kompleks tibbi müayinələr və sağlamhəyat tərzinin təşviqi istiqamətində maarifləndirici tədbirləridavam etdirir. Bu məqsədlə növbəti aksiya 10 aprel tarixində Ağdərərayonunda uğurla keçirilib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, aksiyanı Səhiyyə Nazirliyinin təşkilatçılığı iləAzərbaycan Tibb Universiteti (ATU) Tədris Stomatoloji Klinikasınınhəkim briqadası həyata keçirib. Həkimlər həm yerli əhalini, həm də“Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağın bərpasındafəaliyyət göstərən mütəxəssisləri müayinə edərək onlara konsultativtibbi xidmət göstəriblər.

Aksiya çərçivəsində ilk dəfə olaraq tibdə inqilabi yeniliksayılan BPR Swiss-in SMART-PORT portativ stomatoloji qurğusu tətbiqolunub. Bu müasir qurğu məktəblərdə, qocalar evlərində və səyyarmüayinələrdə yüksək keyfiyyətli stomatoloji xidmət göstərməklə,vətəndaşların klinikaya getmək ehtiyacını azaldır və müalicəyəçıxışı daha da asanlaşdırır. SMART-PORT-un fasiləsiz işləməxüsusiyyəti, tez quraşdırılması və çoxfunksiyalı alətləri(mikromotor, skaler, üçfunksiyalı şpris) müalicə imkanlarınıgenişləndirir.

Ağdərə sakinləri səyyar şəraitdə bu portativ qurğu vasitəsi ilətam stomatoloji xidmət alıblar. Tam avtonom iş rejimi və fasiləsizişləmə imkanı sayəsində müalicələr daha sürətli və rahat aparılıb,vətəndaşların vaxtına qənaət olunub.

Aksiyanın əsas məqsədi sakinlərin ağız boşluğunun vəziyyətininqiymətləndirilməsi, müxtəlif stomatoloji patologiyaların erkənaşkarlanması, profilaktik tədbirlərin həyata keçirilməsi vəvətəndaşlara geniş konsultativ tibbi xidmətlərin göstərilməsiolub.

ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru İmran Ağayevinrəhbərliyi altında stomatoloq-terapevt, ortodont, ortoped, cərrahvə uşaq stomatoloqu daxil olmaqla klinikanın geniş həkim briqadasıəhalinin ətraflı müayinəsini həyata keçirib. Ümumilikdə, aksiyada140-a yaxın vətəndaş tibbi müayinədən keçib, müvafiq müalicəprosedurları aparılıb, erkən diaqnostika və profilaktikkonsultasiyalar təmin edilib.

Bu təşəbbüs “Böyük Qayıdış” proqramının regionlarda həyatkeyfiyyətinin artırılması, sağlamlıq xidmətlərinə çıxışıngenişləndirilməsi və yerli əhalinin rifahının yaxşılaşdırılmasıistiqamətində mühüm addım kimi qiymətləndirilir.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Избранный
8
5
az.trend.az

6Источники