RU

"Biz dördüncü qolu vurmağa daha yaxın idik, nəinki "Fiorentina" birincini" - Qlasnerdən darmadağın şərhi

UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində dünən öz meydanında "Fiorentina"nı darmadağın edən "Kristal Pelas"ın baş məşqçisi Oliver Qlasner qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"İlk yarıda və son 20-25 dəqiqədə oynadığımız futbol xoşuma gəldi. İkinci yarıda 15-20 dəqiqəlik bir bölüm oldu ki, həmin zaman kəsiyində "Fiorentina" xeyli aqressiv göründü. Rəqibin iki yaxşı qol vəziyyəti də oldu, lakin biz əvəzləmələrlə vəziyyəti dəyişməyi bacardıq. Ümumi baxsaq, biz dördüncü qolu vurmağa daha yaxın idik, nəinki "Fiorentina" birincini. 

Bu, ilk addım idi. İkincini bir həftə sonra atmaq lazım gələcək. Cavab qarşılaşmasından öncə çempionatda "Nyukasl" ilə üz-üzə gəlməliyik. Bu gün keyfiyyətli oyun fonunda yaxşı nəticə qazansaq da, həmişə ciddiyəti qorumalıyıq".

Toğrul 

Избранный
9
1
fanat.az

2Источники