Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə TəhlükəsizliyəNəzarət Dövlət Agentliyi (TTNDA) tərəfindən “Müasir dövrdə tikintiobyektlərinin layihələndirilməsinin əsas prinsipləri ” mövzusundavideokonfrans təşkil olunub.
Trend xəbərverir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, FHN TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Başİdarəsinin təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli”çərçivəsində baş tutan tədbirdə tikinti fəaliyyətinin subyektləri –nazirliklərin, dövlət komitə və agentliklərinin, yerli icrahakimiyyəti orqanlarının Memarlıq və tikinti şöbələrininnümayəndələri, aparıcı layihə təşkilatlarının mütəxəssisləri,tikinti materialları istehsalçıları, Naxçıvan MuxtarRespublikasının şəhər və rayon icra hakimiyyətlərinin məsulşəxsləri iştirak ediblər. Sayca ikinci dəfə təşkil olunanvideokonfransa, ümumilikdə 330 mütəxəssis qatılıb.
Tədbiri giriş sözü ilə açan FHN TTNDA-nın rəis müavini BəxtiyarTağıyev iştirakçıları salamlayaraq bildirib ki, dərin tarixikökləri və ənənələri olan Azərbaycanın tikinti sahəsi ölkəiqtisadiyyatının və cəmiyyətin inkişafında böyük rol oynayaraq, bugün də əhəmiyyətli dəyişikliklər, institusional islahatlar vədövlət dəstəyi sayəsində müsbət dinamika nümayiş etdirir. Müasirmüstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər HeydərƏliyev ölkəyə rəhbərlik etdiyi illərdə iqtisadiyyatın digərsahələri kimi, tikinti kompleksinin də canlanmasına əvəzolunmaztöhfələr verib, ölkədə geniş tikinti potensialının yaradılmasına,tikinti-quraşdırma işlərinin keyfiyyətinin xeyli yüksəldilməsinə vəicra müddətlərinin azaldılmasına nail olub. Tikinti sahəsində əldəolunan nailiyyətlərin kökündə Ümummilli Liderin konseptualyanaşması, gərgin əməyi və uzaqgörən siyasətinin dayandığınıvurğulayan Bəxtiyar Tağıyev dövlət başçısı cənab İlham Əliyevinxüsusi diqqəti və qayğısı nəticəsində ölkə ərazisindətikinti-quruculuq və abadlaşdırma işlərinin geniş vüsət aldığını vəbu sahənin prioritet sahələrdən birinə çevrildiyini qeyd edib.Natiq əlavə edib ki, müasir dövrdə tikinti obyektlərinintəhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsi, qarşıya qoyulanvəzifələrin uğurla yerinə yetirilməsi baxımından ekspertizamüəssisəsinin, layihəçilərin və tikinti fəaliyyətinin digərsubyektlərinin üzərinə böyük vəzifələr düşür, onların özünəinam vəməsuliyyət hissəsini artırır. Bəxtiyar Tağıyev, həmçinin Agentliktərəfindən həyata keçirilən tikintiyə nəzarət tədbirləri,ekspertizası aparılmış layihə-smeta sənədlərinə bilavasitə tikintiprosesində əməl olunması, tikintidə yol verilən nöqsanlar vəonların aradan qaldırılması yolları barədə məlumat və tövsiyələrverib.
Sonra FHN TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsininrəisi Təyyar Hüseynli çıxış edərək bildirib ki, “Şəhərsalma vəMemarlıq ili” çərçivəsində keçirilən bu tədbirdə yerlimütəxəssislərin bir araya gəlməsi böyük əhəmiyyət kəsb edir vəmüzakirəyə çıxarılan məsələlərin geniş müzakirəsi üçün imkanyaradır. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlhamƏliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən MüharibəsindəkiZəfərin ardınca işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslıbərpa-quruculuq işlərinə başlanıldığını diqqətə çatdıran TəyyarHüseynli Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyatakeçirilən infrastruktur layihələri barədə məlumat verib. O, qeydedib ki, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi fəaliyyətgöstərdiyi illər ərzində çoxsaylı tikinti obyektlərinin texnikitələblərə uyğunluğunun qiymətləndirilməsi istiqamətində mühüm işlərgörərək ölkənin tikinti kompleksinin inkişafına öz töhfələriniverib. Layihələndirmənin tikinti fəaliyyətinin ən vacibmərhələlərindən biri olduğunu diqqətə çatdıran Təyyar Hüseynlitikinti layihələrinin tərtibat səviyyəsinin daim yüksəldilməsizərurətini vurğulayıb. Bildirib ki, ekspertiza müəssisəsindəlayihə-smeta sənədlərinə rəy verilməsinin operativliyini təminetmək və tikinti fəaliyyətinin subyektləri ilə səmərəli qarşılıqlıəlaqənin təşkili istiqamətində innovativ yeniliklər tətbiq edilib.Ekspertiza İdarəsində baxılan tikinti layihələri barədə statistikməlumatları diqqətə çatdıran Təyyar Hüseynli tikinti obyektlərininlayihələndirilməsində optimallaşdırma işlərinin aparıldığınıvurğulayıb. Natiq tikinti layihələrinin ümumi tərtibat səviyyəsinətoxunub, layihələndirmədə müsbət təcrübəni və məqbul texnikihəlləri, layihə-smeta sənədlərinin tərtibatında buraxılan qüsurlarıvə onların tikinti obyektlərinin gələcək istismarına gözlənilənmənfi təsirlərini qeyd edib.
Videokonfransda Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsininşöbə müdirləri və aparıcı mütəxəssisləri layihələndirməfəaliyyətinin hüquqi və normativ bazası, baş plan və memarlıqhəlləri, konstruksiyaların hesablanmasında proqram təminatıməhsulları, yol tikintisi, enerji effektivliyi, sağlamlıq,təhlükəsizlik və ətraf mühitin qorunması, tikintidə qiymətqoyma vəsmeta normalaşdırılması, ekspertiza prosesində sənəd dövriyyəsi vədigər əlaqəli mövzularda təqdimatlar ediblər. Həmçinin, ölkənintikinti sektorunun inkişaf templərini və Ekspertiza İdarəsininfəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirəaparılıb, təkliflər səsləndirilib.
Sonda videokonfrans iştirakçılarına 10 Aprel – İnşaatçılar Günüilə əlaqədar təbrik ünvanlanıb.