RU

Azərbaycandan dünyanı heyrətə gətirən yenilik: Müharibədən sonra ortaya çıxdı

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycanın 44 günlük müharibə təcrübəsi beynəlxalq münasibətlər kontekstində fərqli bir model kimi müzakirə olunur. Bu yanaşmaya görə, ölkə müharibəyə başladıqdan qısa müddət sonra hərbi əməliyyatları yekunlaşdırıb və nəticədə yeni geosiyasi reallıq formalaşdırıb.

Bu imicin əsasını isə onilliklər boyu işğal altında qalan ərazilərin azad edilməsi və mövcud status-kvonun dəyişdirilməsi təşkil edir. Beləliklə, Azərbaycan modeli həm müharibənin məqsədi, həm də nəticəsi baxımından klassik “işğalçı müharibə” anlayışından fərqləndirilən bir nümunə kimi təqdim olunur və bu yanaşma Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi kimi qiymətləndirilir.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, hazırkı beynəlxalq sistemdə davam edən münaqişələr qlobal təhlükəsizlik mühitini ciddi şəkildə sarsıdır və qeyri-müəyyənlik faktorunu artırır:

“Rusiya–Ukrayna müharibəsi artıq dörd ilə yaxındır ki, davam edir və bu müddət yalnız hərbi itkilərlə deyil, həm də iqtisadi tənəzzül, enerji bazarlarında dalğalanmalar və genişmiqyaslı infrastruktur dağıntıları ilə müşayiət olunur. Eyni zamanda İran–ABŞ–İsrail qarşıdurması kimi daha lokal görünən, lakin regihəeonal və qlobal təsirləri olan münaqişələrin uzanması göstərir ki, müasir müharibələr qısa müddətdə həllini tapmır, əksinə, çoxqatlı və uzanan böhranlara çevrilir. Bu isə beynəlxalq sistemdə sabitliyin bərpasını çətinləşdirir və dövlətləri alternativ təhlükəsizlik və strateji yanaşmalar axtarmağa vadar edir.

Züriyə Qarayeva

Belə bir mürəkkəb fon üzərində Azərbaycanın təcrübəsi fərqli bir model kimi diqqət çəkir. İkinci Qarabağ müharibəsi cəmi 44 gün ərzində konkret hərbi-siyasi nəticə ilə yekunlaşaraq müasir dövrdə nadir hallarda müşahidə olunan effektiv müharibə nümunəsi kimi qiymətləndirilir. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri isə suverenliyin tam bərpasını təmin edərək prosesin tamamlanmasına gətirib çıxardı. Bu nəticələr təsadüfi deyil, burada həm ordunun peşəkarlığı və döyüş qabiliyyəti, həm də siyasi rəhbərliyin strateji ardıcıllığı, qərarvermə sürəti və prinsipial mövqeyi həlledici rol oynadı. Bu baxımdan Azərbaycan nümunəsi göstərir ki, düzgün planlaşdırılmış və məqsədyönlü hərbi-siyasi strategiya qısa müddətdə nəticə verə bilər, lakin bu, eyni zamanda kompleks hazırlıq və vahid milli iradə tələb edir”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
globalinfo.az

1Источники