Gəncə şəhəri, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı yayılan səs yazısı ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb.
Bu barədə “Yeni Sabah”a idarədən məlumat verilib.
Araşdırma çərçivəsində məktəbin şagirdləri və valideynləri ilə mütəxəssislərin iştirakı ilə görüş keçirilib, məsələ ətraflı şəkildə müzakirə olunub. Qeyd olunan səs yazısında adı hallanan müəllimlə bağlı Əmək Məcəlləsinə uyğun olaraq müvafiq tədbir görülüb.
Telegram kanalımız