RU

Pakistandan İran danışıqları ilə bağlı istək



Pakistan ABŞ Prezidentinin elçisi Stiv Vitkovdan İranla danışıqlar üçün ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vensin də daxil edilməsini istəyib.

Newscenter.az xəbər verir ki, bu barədə The New York Times məlumat verib.

Məlumata görə, Pakistan Vensin İsrail-ABŞ əməliyyatına ilkin etirazını alqışlayır. İslamabadın xahişindən sonra ABŞ prezidenti Donald Tramp vitse-prezidentdən sülh səylərinə rəhbərlik etməsinə razılıq verib.

Qəzetin qeyd etdiyi kimi, Vens prezidentin birbaşa elçisi kimi çıxış edə bilən yeganə administrasiya rəsmisidir. Trampın kürəkəni Cared Kuşnerin də daxil olduğu nümayəndə heyətinin cümə günü Pakistana yola düşməsi gözlənilir.

Qeyd edək ki, 7 apreldə ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan etdi.

Anar
Избранный
3
1
newscenter.az

3Источники