RU

Nigah dövründə banka qoyulan əmanət boşanma zamanı kimə çatır? – HÜQUQİ İZAH

“Azərbaycan Respublikası Konstitusiyasının Ailə məcəlləsinin 32 və 33 cü maddələrinə əsasən Nigah dövründə banka qoyulan əmanət rəsmi boşanma zamanı tərəflər arasında bölünür. Konstitusiyada bərabərlik prinsipi qorunduğuna görə, qoyulan vəsait kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, bərabər – yarı bölünür”.

Bu fikirləri iqtisadçı ekspert Günay Hüseynova KONKRET.az-a açıqlamasın da səsləndirib.

Evə

“Məsələnin digər tərəfi və müəyyən istisna hallar da mövcuddur. Belə ki, banka qoyulan vəsait tərəflərdən birinə hədiyyə edilibsə, ailə qurulmamışdan əvvəl yerləşdirilibsə və ya tərəflərdən birinə qalan miras əmlakın satışından əldə olunubsa, yaxud birbaşa miras kimi qalıbsa, bu halda həmin vəsait bölünmür”.

G.Hüseynova qeyd edir ki, digər bir məsələ isə nigah sözləşməsi ilə əlaqədardır.

“İki şəxs ailə qurur ,tərəflərdən biri nigah zamanı ona şərtli nigah müqaviləsi imzaladır -məsələn evlilik müddətində əldə olunan əmlakdan, puldan pay hüququ tələb etməyəcəyinə dair söz alır. Bu zaman bölünmə olmur çünki şəxs öz razılığı ilə imza atıb.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
30
1
konkret.az

2Источники