RU

Kişilər həyat yoldaşının soyadını niyə götürür? - Ekspert AÇIQLADI

Həyat yoldaşının soyadını götürən kişilərlə bağlı yayılan xəbərlər ictimaiyyət arasında müzakirələrə səbəb olub.

Day.Az-a açıqlamasında sosioloq Mail Yaqub bildirib ki, bu məsələ müəyyən qədər şəxsi həyatla bağlıdır: 

"Biz insanların şəxsi həyatından xəbərsizik. Azərbaycanda təxminən 200-ə yaxın kişinin həyat yoldaşının soyadını götürməsinin hansı səbəblərdən qaynaqlandığını bilmirik. Bəlkə bunun xüsusi səbəbləri var.

Ola bilsin ki, insan həyat yoldaşını çox sevir və onun soyadına xüsusi rəğbət bəsləyir. Bəlkə də həyat yoldaşı onun həyatında o qədər mühüm rol oynayıb ki, o da buna uyğun olaraq təşəkkürünü və məmnunluğunu bu şəkildə ifadə edir və s.

Bu baxımdan düşünürəm ki, məsələ hüquqi cəhətdən problemsizdir. Psixoloji və sosioloji tərəfdən də bunu şişirdiləsi bir problem hesab etmirəm. Məncə, bu normal qarşılanmalıdır və qeyri-adi bir hal yoxdur", - deyə o bildirib.

Nəsimi Ələsgərli

Избранный
37
day.az

1Источники